• Käsekuchen – çizkeyk, kəsmikli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 17 065

Tarix : 30-09-2017, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Dünya mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Korj üçün:
2 fincan ələnmiş un
4 xörək qaşığı kərə yağı (marqarindən istifadə etməyin)
1/2 fincan şəkər tozu
1 böyük yumurta
1 çay qaşığı yumşaldıcı

Kəsmik içliyi:
3 fincan ələkdən keçirilmiş kəsmik
1/2 fincan qarğıdalı nişastası
1 çay qaşığı çay sodası
1 fincan şəkər tozu
4 böyük yumurta
1/2 çay qaşığı limon sedrası
1/2 çay qaşığı vanil ekstraktı
1 fincan xama
1 fincan kişmiş

Hazırlanması:
Korj:
Bütün inqrediyentləri böyük bir kasaya qoyun, kərə yağı qatın, həmcins kütlə alınana qədər qarışdırın.
Xəmiri 2 bərabər hissəyə bölün,
Xəmirin bir yarısını tavaya boşaldın, digər yarısı ilə tavanın divarlarını örtün.
Bu formanı həmçinin əllə düzəldə bilərsiniz.
Formanı kəsmik içliyi ilə doldurulmazdan əvvəl soyudun.

Çizkeyk:
Sobanı 190 dərəcəyə kimi qızdırın.
Kəsmiyi ələkdən keçirin.
Qarğıdalı nişastasını yumşaldıcı ilə qarışdırın.
Böyük bir kasaya kəsmik, şəkər, yumurtalar, limon sedrası və vanili qoyun.
Hamar kütlə alınana kimi çalın.
Alınmış kütləyə nişasta ilə yumşaldıcının qarışığını əlavə edin və yaxşıca qarışdırın.
Xama və kişmişi əlavə edin və qarışdırın.
Alınan qarışığı hazırlanmış formaya boşaldın, bir saat ərzində və ya hazır olana kimi sobada bişirin.
Orta yumşaq olmalıdır.
Sobanı söndürün və qapısını açın.
Piroqu otaq temperaturuna qədər soyuyana kimi gözlədin.

Süfrəyə verilmə:
Otaq temperaturunda süfrəyə verilir.

Nuş olsun!
Etiketlər: fincan, qaşığı, qarışdırın, böyük, kəsmik, şəkər, kasaya, kütlə, alınana, boşaldın, limon, əlavə, qoyun, sedrası, içliyi, qədər, Sobanı, yumşaldıcı, yumurta, ələkdən
BİZİ İZLƏYİN