• Kəsmikli-şokoladlı muss resepti

Reseptin məlumatları Baxış sayı: 13 336

Tarix : 4-09-2016, 21:00

Bölmə : Piroq və Kekslər / Digər reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 q yağsız kəsmik
100 q yoqurt
2,5 x.q. kakao
15 q jelatin
şəkər tozu (yaxud şəkər əvəzedicisi) - zövqə görə

Hazırlanması:
Yoqurt, kəsmik, şəkər və kakaonu blenderdə eynicinsli kütlə alınanadək xırdalayın.

Jelatini soyuq suda 10-15 dəqiqə saxlayın. Sonra ocağın üstə qoyun. Qaynara düşəndə götürün (qaynatmaq olmaz). Şokoladlı kremə əlavə edib yaxşıca qarışdırın. Mikserlə bir neçə dəqiqə möhkəm çalın.

Kremankalara yığıb soyuducuda 2-3 saat saxlayın.

Zövqə görə qoz-fındıq da əlavə edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, dəqiqə, saxlayın, kəsmik, kremə, yaxşıca, Şokoladlı, qarışdırın, götürün, düşəndə, qaynatmaq, olmaz, möhkəm, Zövqə, fındıq, bilərsiniz, olsun, soyuducuda, yığıb
BİZİ İZLƏYİN