• Şokolad souslu zərif pirojna resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 14 054

Tarix : 20-01-2017, 16:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Tərkibi:
biskvit:
3 yumurta
150 q şəkər tozu
100 ml qoxusuz bitki yağı
125 ml süd
0,5 x.q. qabartma tozu
1 x.q. vanilli şəkər tozu
250 q un

sous:
125 ml süd
1 x.q. kakao
50 q şəkər tozu
50 q şokolad

əlavə:
kokos yonqarı

Hazırlanması:
Biskvit: yumurta, şəkər tozu və vanilli şəkər tozunu mikserin yüksək sürətində 3 dəqiqə çalın.
Hər birindən sonra çalmaqla süd, bitki yağı, qabartma tozu, un əlavə edin. Eynicinsli xəmir alındıqda onu 19x19 sm ölçülü, perqament döşənmiş formaya töküb 180 dərəcə qızdırılmış sobada 30 dəqiqə bişirin.
Azca soyudun. Çevirib perqamenti soyun.

Sous: süd, şəkər tozu, kakao və şokoladı balaca qazanda ocağın üzərinə qoyun. Qaynara düşəndə ocaqdan götürün. Otaq temperaturunadək soyudun (duru olmalıdır).

Soyumuş biskviti 16 kubikə doğrayın.
Hər kubikin 4 tərəfini sousa batırın. Hər tərəfi sousda 15 saniyə saxlayın.
Sonra kokos yonqarına batırın.

Sousa batırmadığınız bir tərəfi üstə qaba düzün. Sousa batmayan üst tərəfinə də sous çəkib kokos yonqarı səpin.

Şokolad souslu zərif pirojna resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: şəkər, kokos, yonqarı, dəqiqə, tərəfi, Sousa, əlavə, batırın, soyudun, qabartma, bitki, yumurta, kakao, vanilli, biskviti, Soyumuş, doğrayın, kubikin, olmalıdır, kubikə
BİZİ İZLƏYİN