• Kəsmikli "döşək" resepti

Reseptin məlumatları Baxış sayı: 11 810

Tarix : 19-01-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
xəmir:
5 yumurta
200 q un
180 q şəkər tozu
1 ç.q. qabartma tozu
125 q bitki yağı
3 x.q. kakao
125 ml su
duz

kəsmikli kütlə:
500 q kəsmik
1 paket vanilli pudinq
100 q şəkər tozu

Hazırlanması:
Unu kakao və qabartma tozu ilə birlikdə ələyin.

Yumurta sarılarını şəkər tozunun yarısı ilə çalın. Yağla suyu qatıb qarışdırın.

Yumurta ağlarını şəkər tozunun qalanı ilə köpüklənincə çalın. Yumurta sarılarına əlavə edin. Kakao-un qarışığını qatın.

Xəmiri yağlanmış formaya tökün.

Kəsmikli kütlə üçün olan ərzağı qarışdırın. Konditer torbasına yığıb formadakı şokoladlı xəmirin üzərində şəbəkə çəkin.

180 dərəcə qızdırılmış sobada 35 dəqiqə bişirin. Bişib-bişmədiyini çöplə yoxlayın.

Kəsmikli kütlə şokoladlı xəmirin içinə batır, şokoladlı xəmir isə şişib qalxır, ikirəngli piroq alınır.

Nuş olsun!
Etiketlər: şəkər, Yumurta, kütlə, şokoladlı, qarışdırın, xəmirin, çalın, Kəsmikli, tozunun, xəmir, kakao, qabartma, dərəcə, sobada, qızdırılmış, üzərində, yığıb, formadakı, torbasına, şəbəkə
BİZİ İZLƏYİN