• Kəsmikli şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 115 300

Tarix : 25-07-2014, 02:33

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
1 yumurta
1 yumurta ağı
2 stəkan şirin kəsmik
1 stəkan duru yağ
yarım stəkan qatıq
1 paket qabarma tozu
3 stəkan un
1 stəkan manna yarması

Üzəri üçün: 1 yumurta sarısı

Hazırlanması:
1. Yumurtanı, yumurta ağını, kəsmiyi, qatıq və duru yağını dərin bir qabın içərisinə alıb qarışdırın.

2. Mannı yarması, un və qabartma tozunu da əlavə edib xəmir yoğurun.

3. Xəmirdən kiçik parçalar qoparıb yuvarlayın və yağlı kağız sərilmiş soba nimçəsinə düzün.

4. Üzərlərinə yumurta sarısı sürtün.

5. 180 dərəcə sobada üzərləri qızarana qədər bişirin.

6. Sobadan çıxan isti şirniyyatın üzərinə soyuq şərbəti gəzdirib şərbətini canına çəkəndən sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: stəkan, yumurta, qatıq, sarısı, yarması, üzərləri, sobada, qızarana, bişirin, qədər, dərəcə, Üzərlərinə, sərilmiş, kağız, nimçəsinə, düzün, Sobadan, sürtün, soyuq, sonra
BİZİ İZLƏYİN