• Ballı qozlu çizkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 11 217

Tarix : 5-02-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
225 qram krem pendir, yumuşalmış
1 fincan bal
3 ədəd yumurta
2 yemək qaşığı un
1,5 çay qaşığı vanil

Peroqun altı üçün:
2 fincan doğranmış pekan qozu
1 yemək qaşığı yağ

Hazırlanması:
Sobanı 175 dərəcə qızdırın
Yağı əridin və doğranmış qozları əlavə edin.
Bu qarışımı kiçik toplar formasında gözləri olan keks qabına tökün.
Qozların qabın dibində preslenib qalması üçün üstündən möhkəm basmaq lazımdır.
Bir kasada krem pendiri, yumurta, bal və vanili yaxşıca qarışdırın.
Yavaşca üzərinə unu da əlavə edib tamamilə qarışdırın.
Hazır xəmiri keks qablarının içindəki qoz qarışımlarının üzərinə əlavə edin.
15 dəqiqə ərzində bişirin.
Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: qaşığı, əlavə, qarışdırın, üzərinə, doğranmış, fincan, yumurta, yemək, Yavaşca, basmaq, tamamilə, vanili, lazımdır, kasada, Hazır, pendiri, yaxşıca, içindəki, Soyuduqdan, sonra
BİZİ İZLƏYİN