• İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 37 423

Tarix : 26-05-2014, 12:51

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4-5 alma
200 q kərə yağı
4 yumurta
125 q badam (qoz, fındıq)
2 x.q. kakao tozu
1 ç.q. darçın
1 ç.q. qabartma tozu
130-200 q un (özlülüyündən asılı olaraq)
7 x.q. şərab (amaretto, rom, konyak, likör)

Hazırlanması:
Almaları təmizləyin, kubik doğrayın, ətirli şərabda (məsələn, amaretto) marinə edin, ləyənin ağzına qida plyonkası çəkin.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Yumşaldılmış kərə yağını ağarıncayadək çalın, tədricən narın şəkər tozu əlavə edin, sonra mikserin ən yuxarı sürətində 5 dəqiqə çalın.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Bir-bir yumurta əlavə edib kütlənin həcmi 2 dəfə artınca çalın.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Badamı xırdalayın, kakao və darçın əlavə edin.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Bu qarışığı yumurtalı kütləyə əlavə edin.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Şərabda marinə etdiyiniz almaları əlavə edin.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Xəmiri yağlanıb perqament döşənmiş formaya tökün.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

180 dərəcə qızdırılmış sobada 60 dəqiqə bişirin.
İspan üsulu şarlotka resepti - FOTO RESEPT

Nuş olsun!
Etiketlər: əlavə, çalın, dəqiqə, amaretto, marinə, yumurta, darçın, kakao, Badamı, yumurtalı, xırdalayın, artınca, qarışığı, kütlənin, mikserin, sonra, yuxarı, sürətində, kütləyə, həcmi
BİZİ İZLƏYİN