• Fincanda şokoladlı keks (3 dəqiqəyə) resepti

Reseptin məlumatları Baxış sayı: 13 255

Tarix : 6-02-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 x.q. un
2 x.q. kakao
2 x.q. şəkər tozu
1 yumurta
3 x.q. süd
3 x.q. bitki yağı
1/4 ç.q. vanil

Hazırlanması:
1 x.q. doğranmış şokolad (zövqə görə)

Mikrodalğalı sobada keks hazırlamaq üçün dəmir olmayan, saxsı fincan yarayar.

Fincana un, kakao, şəkər tozu töküb yaxşıca qarışdırın.

Yumurta qırıb qarışdırın, lopa qalmasın. Süd ilə yağı, sonra isə vanillə şokoladı əlavə edib qarışdırın.

Qeyd: əgər fincan balacadırsa, ərzağı iri kasada qarışdırın, sonra balaca fincanları yağlayın, xəmiri töküb sobaya qoyun.

Mikrodalğalı sobanın ən yüksək gücündə 3 dəqiqə seçin. Vaxt bitən kimi sobanın qapağını açmayın. Gözləyin, şişmiş keks bir qədər yatsın.

Keksi fincanın kənarlarından bıçaqla ayırıb, boşqaba çevirin.

Bu keksi ərzağın qədərini artırıb iri şüşə formada (sobanın boşqabından iri olmayan) da hazırlamaq olar.

Nuş olsun!
Etiketlər: qarışdırın, sobanın, olmayan, hazırlamaq, fincan, sonra, kakao, Mikrodalğalı, töküb, şəkər, açmayın, qapağını, Gözləyin, şişmiş, formada, bitən, seçin, yüksək, gücündə, dəqiqə
BİZİ İZLƏYİN