• Peçenyeli kirpi pirojnası resepti

Reseptin məlumatları Baxış sayı: 42 354

Tarix : 28-10-2014, 10:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
700 q peçenye
2 banka qatılaşdırılmış süd
150 q şəkər pudrası
3-4 x.q. kakao
250 q kərə yağı
4 x.q. xaş-xaş
100 q təmizlənmiş günəbaxan tumu
bir neçə quru zirinc

Hazırlanması:
Adi peçenye çox uşağın elə də xoşuna gəlmir. Ancaq ondan kirpi düzəltsəniz, zənnimcə, yox deməzlər.

Peçenyeni xırdalayın. Bir ləyənə yığın. Şəkər tozu və kakao ilə qarışdırın. Qatılaşdırılmış süd, yumşaldılmış yağ əlavə edib əlinizlə yaxşıca yoğurun.

Alınan qarışıqdan kündələr tutun, bir ucunu azca dartıb uzadın, "kirpi"nin "burnu" olsun. "Kirpi"lərin "sifət" hissələrini əlinizlə tutub qalan yerlərini xaş-xaşa batırın.

"Gözlərini" və "burnunu" qurudulmuş zirincdən düzəldin (bunun əvəzinə şokoladdan da istifadə edə bilərsiniz). Sonra günəbaxan tumlarından "tikan" düzəldin. Düzdür, vaxtınız gedəcək, amma dəyər.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, üstünə, banka, çalın, vanilli, qatılaşdırılmış, qarışdırın, hazırlamaq, mikserdə, yarım, sobadan, dairənin, xırdalayın, qaymağı, Qalıqları, istiykən, çıxarın, diametrli, dairələr
BİZİ İZLƏYİN