• Şokolad içlikli keks resepti

Reseptin məlumatları Baxış sayı: 13 165

Tarix : 2-11-2016, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
125 q otaq temperaturunda kərə yağı
200 q şəkər tozu
3 yumurta
170 q un
0.5 ç.q. duz
0.5 ç.q. soda
150 q qatıq
40 q kakao
60 q su
0.5 ç.q. vanil cövhəri

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. 25 sm uzunluqlu düzbucaqlı keks qabını yağlayın, un səpin.
Yağı şəkər tozu ilə qabarınca çalın (2 dəqiqə). Yumurtaları bir-bir əlavə edin, hər dəfə eynicinsli kütlə alınanadək çalın. Unu soda və duzla ələyib qatın. Qatıq əlavə edin.

Kakaonu su ilə qarışdırın (ən asanı qaynar suda qarışdırıb sonra soyutmaqdır). Xəmirin üçdə birini başqa qaba qoyun, elə buraya da kakao ilə su qarışığını əlavə edib qarışdırın. Xəmirin qalanına (üçdə ikisinə vanil cövhəri qatın).

Vanilli xəmirin yarısını formaya qoyun. Ortasına şokoladlı xəmiri qoyun. Üzərinə vanilli xəmirin qalanını yerləşdirin.

45-55 dəqiqə bişirin. Bişib-bişmədiyini kibrit çöpü ilə yoxlayın.

Tam soyutduqdan sonra süfrəyə verin.

Nuş olsun!
Etiketlər: əlavə, qoyun, qatın, xəmirin, sonra, Xəmirin, çalın, qarışdırın, dəqiqə, kakao, vanil, cövhəri, şəkər, Vanilli, yarısını, ikisinə, qalanına, verin, buraya, süfrəyə
BİZİ İZLƏYİN