Tərkibi:2 ədəd alma
1-1/2 stəkan düyü unu
3/4 stəkan qəhvəyi şəkər tozu
7 x/q kərə yağı
3 ədəd yumurta
2 ç/q qabartma tozu
1 x/q vanil
1/4 ç/q duz
1 ədəd limon
4 x/q yoqurt
Hazırlanması:Almanın birinin qabığı soyulur və nazik dilimlərlə doğranılır. Dilimləri bir boşqaba yığıb, üzərinə limon şirəsi əlavə edilib yüngülcə qarışdırılır. Bir neçə kubik kərə yağı və şəkər tozu blenderlə az sürətdə qarışdıraraq krem hazırlanır.
Yumurtanın ağı sarısından ayrılır. Yumurtanın ağına duz əlavə edilir və mikserlə krem şəklində olana qədər qarışdırılır.
Qayıdırıq blenderə. Yuxarıda yağ və şəkər tozundan hazırlanan kremə yumurta sarısı, yoqurt və vanil ekstraktı əlavə edilir. Təqribən 1 dəqiqə ərzində qarışdırılır. Çay qaşığı ilə, qarışdıraraq blenderdəki kütləyə düyü unu və qabartma tozu əlavə edilir. Nəticədə quru və hamar xəmir əldə edəcəksiniz.
Xəmirə yumurtanın ağından alınmış krem əlavə edilir. Mikserlə qarışdırmayın, yoxsa siz piroqun şişmiş effektini itirərsiniz. Qaşıqla yüngülcə qarışdırılır. Alma dilimləri əlavə edilib biraz da qarışdırılır. Sonra kütlə xüsusi formalı qaba əlavə edilir. Üzərinin bəzəyi: qalan alma qabıqlı şəkildə nazik dilimlərlə doğranılır və formadaki xəmirin üzərinə düzülür.
Əvvəlcədən 200°C temperaturunda isidilmiş sobada piroq 45 dəqiqə bişirilir. Çıxarandan sonra 5 dəqiqə soyudulur və süfrəyə verilir.
Nuş olsun!
Etiketlər: əlavə, qarışdırılır, edilir, şəkər, dəqiqə, doğranılır, edilib, üzərinə, Yumurtanın, stəkan, dilimlərlə, yüngülcə, qarışdıraraq, limon, yoqurt, qabartma, nazik, vanil, yumurta, dilimləri