• Quru meyvəli keks resepti

Reseptin məlumatları Baxış sayı: 13 420

Tarix : 19-11-2016, 21:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 ədəd yumurta
1.5 stəkan şəkər
3 stəkan un
1 paket qabartma tozu
1 paket vanil
1 stəkan süd
1/2 stəkan duru yağ
1 ədəd sürtkəcdən keçirilmiş limon qabığı
1 stəkan meyvə qurusu (ərik, albalı, əncir və.s)

Hazırlanması:
Yumurta və şəkər çoxlu çırpılır. Un, qabartma tozu, vanil, süd, duru yağ əlavə edilərək çırpma işinə davam edilir. Meyvə quruları unlanaraq qarışığa əlavə edilir. Sürtkəcdən keçirilmiş limon qabığı da əlavə edilərək 2-3 dəq çırpılır. Yağlanmış və unlanmış keks qəlibinə tökulərək 130*Cdə 50 dəqiqə bişirilir.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, qabığı, limon, edilərək, edilir, keçirilmiş, çırpılır, paket, qabartma, şəkər, vanil, qarışığa, quruları, Sürtkəcdən, unlanaraq, Yağlanmış, dəqiqə, bişirilir, tökulərək
BİZİ İZLƏYİN