• Şokoladlı tart resepti

Reseptin məlumatları Baxış sayı: 12 318

Tarix : 23-11-2016, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Əsas hissəsi üçün:
100 qr kərə yağı
200 qr un
50 qr kakao
50 ml çox soyuq su
50 qr şəkər kirşanı

Qanaş üçün:
250 ml qaymaq
250 qr südlü şokolad

Bəzək üçün:
200 qr albalı (istədiyiniz meyvə və ya giləmeyvə)

Hazırlanması:
1. Kərə yağı kub formasında doğranılır, üzərinə un, kakao, şəkər kirşanı əlavə olunub, blenderdə qarışdırılır.
2. Sonra üzərinə soyuq su əlavə olunub, tez xəmir yoğrulur.Qida plyenkasına bükülüb, 30 dəqiqə ərzində soyuducuda soyudulur.
3. Xəmir oxlovla açılır və yağlanmış tart formasına yerləşdirilir. Xəmir çəngəl ya bıçaqla bir neçə yerdən deşilir.
4. Əvvəldən qızdırılmış sobada 180°C dərəcədə 15 dəqiqə ərzində bişirilir. Soyudulur.
5. Qanaş üçün qaymaq qaynayanadək qızdırılır. Kənara qoyulur, xırdalanmış şokolad əlavə olunub, tam həll olunanadək qarışdırılır.
6. Hazır olan qanaş tartın üzərinə tökülüb, meyvə ilə bəzədilir.
7. Servisdən öncə ən azı 1 saat soyuducuda soyudulur.

Nuş olsun!
Etiketlər: olunub, əlavə, üzərinə, qarışdırılır, dəqiqə, Xəmir, soyuducuda, ərzində, meyvə, soyudulur, şokolad, kirşanı, qaymaq, Qanaş, kakao, şəkər, soyuq, Soyudulur, bişirilir, dərəcədə
BİZİ İZLƏYİN