• Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 24 264

Tarix : 7-08-2014, 21:40

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q kərə yağı
180 q şəkər tozu
2 yumurta
2 orta boy portağal
250 q un
0,5 ç.q. qabartma tozu
0,25 ç.q. duz
0,25 ç.q. soda
60 ml portağal şirəsi
100 q xama və ya qatıq
100 q şokolad

Qanaş:
120 q şokolad
50 ml yağlı qaymaq (30% və daha yağlı)
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Hazırlanması:
Hər iki portağalın qabığını sürtgcəin xırda gözündən keçirin (ağ hissəyə keçməyin). Portağallardan 60 ml şirə sıxın.
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Otaq temperaturunda olan yağı şəkər tozu və portağal sedrası ilə çalın. Çalmağı dayandırmadan bir-bir yumurtaları əlavə edin.
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Duz, soda və qabartma tozu ilə birlikdə ələnmiş unun yarısını əlavə edib qarışdırın. Xama və portağal şirəsi əlavə edib qarışdırın. Unun qalanını əlavə edib eynicinsli xəmir yoğurun.
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Xəmir əlavə edəcəyiniz şokoladı bıçaqla xırdalayın (ovuntuq).
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Xəmirə əlavə edib qarışdırın.
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Xəmiri yağlanmış formaya töküb 180 dərəcə qızdırılmış sobada təxminən 50-60 dəqiqə bişirin. Hazır olub-olmadığını kibrit çöpü ilə yoxlayın.

Hazır keksi soyudun.

Qanaş: şokoladı xırda doğrayıb üzərinə qızdırılmış qaymağı (qaymağı qaynara düşənədək qızdırın, amma qaynamağa qoymayın) əlavə edin, eynicinsli kütlə alınanadək qarışdırın.
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Qanaşı keksin üzərinə tökün, soyuyandan sonra doğrayıb süfrəyə verin.
Portağallı-şokoladlı keks resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: əlavə, portağal, qarışdırın, Hazır, xırda, eynicinsli, qaymağı, doğrayıb, üzərinə, qızdırılmış, şokoladı, qabartma, şokolad, şirəsi, Qanaş, şəkər, yağlı, kibrit, yoxlayın, keksi
BİZİ İZLƏYİN