• Albalı piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 21 358

Tarix : 14-10-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
2 st. un
200 qr kərə yağı
1 ədəd yumurta
0, 5 st.şəkər tozu
1 x.q. xama
1 ç.q. qabartam tozu

İçlik üçün:
500 qr albalı
2 x.q. nişasta

Hazırlanması:
Yumurta, şəkər tozu, xama və yumşaldılmış kərə yağı qarışdırılır. Üzərinə un və qabartma tozu əlavə edilib xəmir yoğrulur. Xəmirin 1/3 hissəsi soyuducuya qoyulur.
Qalan xəmir yağlanmış formaya əllə yayılır.
Xəmirin üzərindən ablalılar düzülüb, nişasta səpilir. Soyuducudaki xəmir sürtkəcdən keçirilib, albalıların üzərini örtəcək şəkildə səpilir. Piroq 180 dərəcəli sobada 40 dəq. bişirilir.
Piroq soyuduqdan sonra üzərinə şəkər kirşanı səpilir.

Nuş olsun!
Etiketlər: səpilir, şəkər, xəmir, Piroq, Xəmirin, nişasta, albalıların, ablalılar, düzülüb, Soyuducudaki, sürtkəcdən, keçirilib, üzərini, şəkildə, sonra, üzərinə, kirşanı, soyuduqdan, bişirilir, üzərindən
BİZİ İZLƏYİN