• Almalı maffin resepti

Reseptin məlumatları Baxış sayı: 11 969

Tarix : 20-12-2016, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 6-7 x.q.
Un 1,5 stəkan
Şəkər tozu 1 stəkan
Yumurta 2 ədəd
Qatıq 3/4 stəkan
Süd 3/4 stəkan
Qabartma tozu 10q
Alma 3-4 ədəd

Hazırlanması:
Almaları soyub, nazik hissələrə doğrayın. Doğradığınız almaları bir qaba qoyub, üzərinə şəkər tozu və yumurtaları əlavə edin. Qatığı, kərə yağını və südü birləşdirib, yumurtalı qarışıma əlavə edin. Alınan kütləni yaxşıca qarışdırın. Un və qabartma tozunu birləşdirib, almalı-yumurtalı kütləyə əlavə edin. Sonuncu dəfə qarışımı yaxşıca qarışdırın. Maffin üçün formaları azca yağlayın. Xəmirinizi formalara boşaldın. Sobanızı 180 dərəcəyə qədər isidib, 25-30 dəqiqə ərzində maffinlərinizi bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkan, əlavə, birləşdirib, yumurtalı, qarışdırın, yaxşıca, Maffin, formaları, qarışımı, Sonuncu, kütləyə, yağlayın, almalı, Xəmirinizi, ərzində, dəqiqə, maffinlərinizi, bişirə, bilərsiniz, isidib
BİZİ İZLƏYİN