• Almalı tart resepti

Reseptin məlumatları Baxış sayı: 16 908

Tarix : 21-12-2016, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Kərə yağı 100q
Un 1,5 stəkan
Yumurta 1 ədəd
Şəkər tozu 1/3 stəkan
Alma 2-3 ədəd
Darçın 1 x.q.

Hazırlanması:
İlk öncə kərə yağı, şəkər tozu və yumurtanı birləşdirin. Mikserin vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma unu əlavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Xəmirinizi yaxşıca yoğurduqdan sonra, onu "top" formasına gətirib 1 saat soyuducuda saxlayın. Bərkimiş xəmiri 5-7mm qalınlığında yayırıq. Yayılan xəmiri tart üçün bişirmə formasına ehmalca yerləşdiririk. Xəmirə tart formasını veririk. Almaları yuyub, qabığından təmizləyirik. Daha sonra nazik hissələrə doğrayırıq. Doğradığımız almaları tart formasında olan xəmirin üzərinə düzürük. Almaların üzərinə 1/2 stakan şəkər tozu və qeyd olunan həcmdə darçın səpirik. Sobanızı 200 dərəcəyə qədər isidib, almalı tartınızı 25 dəqiqə ərzində bişirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: xəmiri, üzərinə, çalmağa, başlayın, formasına, sonra, şəkər, stəkan, Doğradığımız, xəmirin, almaları, doğrayırıq, formasında, nazik, Almaları, veririk, yuyub, qabığından, təmizləyirik, hissələrə
BİZİ İZLƏYİN