• Bəbir keksi resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 26 746

Tarix : 12-08-2014, 18:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
100 q kərə yağı
200 q şəkər tozu
4 yumurta
1 ç.q. vanil esensiyası
150 q un
50 q qarğıdalı nişastası
1 ç.q. qabartma tozu
1 çimdik duz
kakao

Hazırlanması:
Yumşaldılmış kərə yağını şəkər tozuyla ağaranadək çalın.

Yumurtaları çəngəllə çalın, vanilli esensiya əlavə edin.

Qarışdıraraq 4-5 dəfəyə yağla şəkər tozuna əlavə edin.

Unu, qarğıdalı nişastası, duz və qabartma tozunu birlikdə ələyin.

Taxta qaşıqla altdan-yuxarıya doğru olmaqla qarışdıraraq 3 dəfəyə unlu qarışığı yumurtalı-yağlı qarışığa əlavə edin.

Xəmiri 2 yerə bölün. Bir hissəsini iki eyni olmayan yerə bölün. Böyük hissəyə 2 x.q. kakao, balaca hissəyə 1/4 x.q. kakao+0,5 x.q. un əlavə edin.
Bəbir keksi resepti - FOTO RESEPT


Beləliklə, 3 rəngdə xəmiriniz var: ağ, açıq-qəhvəyi, qəhvəyi.

Formanı yağlayın, un səpin. Ya da perqament döşəyin.

Hər xəmiri ayrıca paketə qoyun.
Bəbir keksi resepti - FOTO RESEPT


Bəyaz xəmirlə bir-birinin içində aralı olmaqla 3 çevrə çəkin.
Bəbir keksi resepti - FOTO RESEPT


Aralarına tünd xəmirdən çevrələr çəkin. İdeal çevrə çəkməyə çalışmayın, bəbirin xalları da ideal deyil.
Bəbir keksi resepti - FOTO RESEPT


Açıq-qəhvəyi xəmirlə tünd xəmirdən olan çevrələri təkrarlayın. Sonra qəhvəyi xəmirlə bunun üstündən daha bir çevrə çəkin (açıq-qəhvəyi rəngli çevrə bununla tam örtülsün).

Ağ xəmirlə bütün səthi qapayın.
Bəbir keksi resepti - FOTO RESEPT


İndi isə proseduru bir dəfə də təkrarlayın. Ancaq bu dəfə ağ çevrələr çəkdiyiniz yerə tünd xəmirdən çəvrələr çəkin (aralarını ağ xəmirlə doldurun, qəhvəyi çevrənin üstünə açıq-qəhvəyi xəmir çəkin + üzərinə yenə tünd xəmir). Üzərini bəyaz xəmirlə qapayın.

Əgər tünd rəngli xəmirlərdən qalıbsa, ağ xəmirin üzərində adda-budda xallar qoyun.

180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Bəbir keksi resepti - FOTO RESEPT


İki ayrı korj edib (bir dəfə çevrələr çəkməklə) üst-üstə qoymaq da olar. Aralarına krem də çəksəniz, çox dadlı və gözəl görünüşlü tort alınar.
Bəbir keksi resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: qəhvəyi, xəmirlə, çəkin, çevrə, əlavə, şəkər, çevrələr, kakao, xəmirdən, təkrarlayın, qapayın, qarğıdalı, rəngli, hissəyə, bölün, xəmir, olmaqla, dəfəyə, qabartma, Aralarına
BİZİ İZLƏYİN