Tərkibi:Kərə yağı 200q
Un 2 stk.
Şəkər tozu 1/2 stk.
Yumurta 2 ədəd
Alma 3-4 ədəd
Karamel üçün:Şəkər tozu 100q
Su 60ml
Hazırlanması:İlk öncə kərə yağı, şəkər tozu və yumurtanı bir qaba tökün. Mikser vasitəsi ilə bu qarışımı çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin. Alınan qarışıma un elavə edib, əlinizlə xəmirinizi yoğurmağa başlayın. Xəmirinizi yaxşıca yoğurduqdan sonra, onu "top" formasına gətirib 1 saatlıq soyuducuya qoyun. Bərkimiş xəmiri oxlov ilə 3-4 ml qalınlığında yaymağa başlayın. Tartaletlər üçün formaların həcminə uyğun yayılan xəmirinizi hissələrə bölün. Hər bir hissəni formaya yerləşdirib, tartaletlərə forma verin.
Almaları qabığından təmizləyib, ehmalca sürtgəcdən keçirin. Alınan nazik dilimləri tartaletlərin üzərinə " qızıl gül " şəkilində yerləşdirin. Karameli hazırlamaq üçün su və şəkər tozunu birləşdirin. Orta odda dayanmadan qarışdıraraq karameli qaynadın. Qaynar karameli tartaletlərin üzərinə süzün. Sobanızı 200 dərəcəyə qədər isidib, tartaletlərinizi 30 dəqiqə ərzində bişirə bilərsiniz.
Nuş olsun!
Etiketlər: başlayın, çalmağa, karameli, Alınan, xəmirinizi, tartaletlərin, şəkər, üzərinə, Şəkər, şəkilində, nazik, qızıl, dilimləri, keçirin, təmizləyib, forma, tartaletlərə, yerləşdirib, verin, Almaları