• Almalı - kəsmikli pay resepti

Reseptin məlumatları Baxış sayı: 11 828

Tarix : 1-01-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 250q
Kəsmik 200q
Un 2,5 stəkan
Şəkər tozu 2/3 stəkan
Vanilin şəkəri 10q
Qabartma tozu 1 ç.q.

İçlik üçün:
Şəkər tozu 3 x.q.
Darçın 2 x.q.
Alma 3 ədəd

Əlavə:
1 ədəd yumurtanın sarısı
Şəkər pudrası 2 x.q.

Hazırlanması:
Kəsmikli xəmirin hazırlanması üçün, yumşaq kərə yağı, şəkər tozu, vanilin şəkəri və kəsmiyi birləşdirin. Mikser vasitəsi ilə bu kütləni çalmağa başlayın. Qarışım krem halına gələnə kimi çalmağa davam edin.
Unu qabartma tozu ilə birləşdirib, çaldığınız kütlənin üzərinə əlavə edin. Əlinizlə xəmiri yoğurmağa başlayın. Xəmirin əlinizə yapışmaması üçün, arada biraz un əlavə edə bilərsiniz. Yoğurulmuş xəmiri ən az yarımsaat soyuducuda qalmalıdır.
Almaları qabığından təmizləyib, iki hissəyə bölüb, ortasını tumundan tənizləyin. Hazırladığınız xəmiri iki eyni hissələrə ayırın. Bir hissəni 3-5mm qalınlığında yayıb, bişirmə qabının dibinə yerləşdirin. Xəmirin üzərinə tən yarı böldüyünüz almaları yerləşdirin. Daha sonra almaların üzərinə şəkər tozu və darçını səpin.
Xəmirin qalan hissəsini eyni qalınlıqda yayıb, Almaların üstünü xəmirlə örtün. Xəmirin üstünə yumurtanın sarısını fırça ilə yaxın. Sobanızı 200 dərəcəyə qədər isidib, 30 dəqiqə ərzində almalı - kəsmikli payı bişirə bilərsiniz. Hazır pay soyuduqdan sonra, üzərinə şəkər pudrasını səpin. Müxtəlif meyvələr ilə payın görünüşünü daha da gözəlləşdirə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, Xəmirin, şəkər, bilərsiniz, xəmiri, Şəkər, yerləşdirin, stəkan, sonra, səpin, şəkəri, çalmağa, yayıb, başlayın, əlavə, yumurtanın, hissəsini, darçını, qalan, qalınlıqda
BİZİ İZLƏYİN