• Portağallı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 20 370

Tarix : 2-01-2017, 14:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Ragima Eldarova


Tərkibi:
Xəmir üçün:
Kərə yağı 150q
Yumurta 4 ədəd
Şəkər tozu 1,5 stəkan
Portağal 1 ədəd
Vanilin şəkəri 2 ç.q.
Un 1,5 stəkan
Qabartma tozu 2 ç.q.

İçlik üçün:
Su 100ml
Şəkər tozu 200q
Portoğal 2 ədəd

Hazırlanması:
İlk növnədə portağalları(içlik üçün) yuyub, nazik halqa şəkilində doğrayın. Portağalın qabığını yumşaldması üçün, onu bir neçə dəqiqə şəkərli suda qaynadmaq gərəkdir. Bunun üçün bir tavaya su və şəkər tozunu(içlik üçün) boşaldıb, orta alovun üzərində suyu qaynadın. Qaynayan suya portoğal dilimlərini yerləşdirib, tavanın qapağını örtətərək, portağalları 7-8 dəqiqə ərzində qaynadin.
Yumurtaları, şəkər tozu və vanilin şəkəri ilə birləşdirib, mikser vasitəsi ilə yüksək sürətdə çalın. Kərə yağını əridin və soyumuş halda yumurtalı kütləyə əlavə edin. Daha sonra portağalın(xəmir üçün) suyu və sedrasını xəmirə əlavə edib, kütləni yenidən çalın. Un və qabartma tozunu birləşdirilib, kütləyə əlavə edib, xəmiri sonuncu dəfə qarışdırın.
Piroq üçün bişirmə qabının dibinə oda davamlı kağız yerləşdiri və qabın yan hissərini yağlayın. Kağızın üzərinə qaynadılmış portağal dilimlərinin yerləşdirin.
Portağallı qatın üzərinə hazırladığınlz xəmiri boşaldın. Sobanızı 200 dərəcəyə qədər isidib, 30 dəqiqə ərzinə portağallı piroqu bişirə bilərsiniz. Hazır piroqu qabdan çevirib çıxardın. Piroqun üzərinə şəkər pudrası səpib, və ya nanə yarpaqları ilə piroqa bəzək və təravət qata bilərsiniz.

Nuş olsun!
Etiketlər: dəqiqə, şəkər, üzərinə, əlavə, piroqu, içlik, bilərsiniz, kütləyə, çalın, portağalları, xəmiri, tozunu, stəkan, Şəkər, şəkəri, qabının, davamlı, dibinə, kağız, yerləşdiri
BİZİ İZLƏYİN