Tərkibi:2 dolu yemək qaşığı kakao tozu
70ml süd (yarım stakandan 1barmaq az)
100qr şəkər tozu
1ədət iri yumurta
2yemək qaşığı(50qr) kərə yağı
150qr un
1çay qaşığı qabartma tozu
1cimdik duz
bir ovuc qoz ləpəsi
Hazırlanması:İri bir qabın içinə unu,kakao tozunu və qabartma tozunu ələmək.Şəkər tozunu,bərəkət üçün 1cimdik duzu da əlavə edib,quru mazəmələri qarışdırmaq.
Unlu qarışımın ortasında çuxur açmaq və oraya yumurtanı vurmak. Yerdə qalan ərzaqları -südü,yumuşaq kərə yağını və qoz ləpəsinidə əlavə etmək.
Qaşıqla bütün ərzaqları qarışdırmak.Çox qarışdırmayın,yoxsa maffinləriniz bərk olar,qaşıqla 5-6 dəfə aşağıdan yuxarı hərəkətlə qarışdırsanız,kifayətdi!
Xəmiri kiçik maffin qablarına 3/4 hündürlüyündə (yəni yarısından bir az çox) doldurun və 180 dərəcədə 12-15dəqiqə bişirin.Vaxtından artıq saxlamayın, maffinlər nəmini itirir və "boğan" olur.
Hazır şirniyyatları qablardan çıxardıb,soyumağını gözləyin və üstünə şəkər kirşanı səpin.
Nuş olsun!
Etiketlər: tozunu, qaşığı, qabartma, ərzaqları, 1cimdik, şəkər, kakao, əlavə, dərəcədə, kiçik, doldurun, maffin, qablarına, yarısından, hündürlüyündə, Xəmiri, aşağıdan, qaşıqla, maffinləriniz, yuxarı