• Balqabaq piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 11 903

Tarix : 8-01-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 kq balqabaq
1 kq şəkər tozu
300 q üyüdülmüş fındıq
1 paket peçenye (Petit Beurre)
1 paket krem-şanti
1 st. soyuq süd

Hazırlanması:
Balqabağı böyük tavanın içinə düzüb üzərinə şəkər tozu səpin. Vam odda yumşalanadək bişirib əzin.
Üyüdülmüş fındıq əlavə edib qarışdırın, 3 yerə ayırın.

Orta böyüklükdə siniyə lay-lay əvvəl balqabağını döşəyib üzərinə peçenyeni düzün (3 qat balqabaq və 3 qat peçenye).
Krem-şantini soyuq südlə çalın, piroqun üzərinə bərabər yayın.
Soyuducuda azı iki saat saxlayandan sonra doğrayaraq süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, balqabaq, soyuq, peçenye, paket, şəkər, fındıq, çalın, südlə, şantini, döşəyib, balqabağını, peçenyeni, düzün, Soyuducuda, doğrayaraq, süfrəyə, bilərsiniz, sonra, saxlayandan
BİZİ İZLƏYİN