• Bankada piroq resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12 370

Tarix : 8-01-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 q qat-qat xəmir
500 ml gilənar mürəbbəsi
1 yumurta
1 x.q. qəhvəyi şəkər tozu
20 q kərə yağı

Hazırlanması:
Bu reseptdə göstərilən ərzaq 4 yarımlitrlik banka üçün nəzərdə tutulub.

Xəmirin 1/3-ni ayırın. Böyük hissəni dairəvi nazik yayıb 4 yerə bölün.

Bankaları kərə yağı ilə yağlayın. İçinə xəmiri yerləşdirin (dibinə və divarlarına).
Xəmirin qalanını yayın, bankaların ağzı boyda 4 dairə kəsin.
Fiqurlu formalarla bu "qapaq"ların üzərində naxışlar kəsin. Bankaların içinə mürəbbə qoyub dairəvi xəmirləri üstdən qoyun. Xəmirlərin kənarını bərkidin. Bunun üçün üzərindən çəngəllə də basa bilərsiniz. Piroqların üzərinə yumurta çəkin. Kəsib çıxardığınız fiqurları düzün. Üzərinə şəkər tozu səpin.

Bankaları 180 dərəcə qızdırılmış sobaya qoyub 30 dəqiqə bişirin.

Mürəbbə yerinə dondurulmuş giləmeyvə, həmçinin ananas və ya ərik konservi də götürə bilərsiniz.

Bankada piroq resepti - FOTO RESEPT

Bankada piroq resepti - FOTO RESEPT

Bankada piroq resepti - FOTO RESEPT

Bankada piroq resepti - FOTO RESEPT

Bankada piroq resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, bilərsiniz, kəsin, dairəvi, Bankaları, qoyub, yumurta, Xəmirin, çəngəllə, çəkin, Kəsib, üzərindən, üzərinə, Piroqların, bərkidin, üstdən, xəmirləri, mürəbbə, qoyun, Xəmirlərin
BİZİ İZLƏYİN