• Odunçu piroqu resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 13 069

Tarix : 10-01-2017, 20:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
0,5 kq alma
200 q meyvə, yaxud giləmeyvə qurusu
300 ml qaynar su
160 q kərə yağı
1 yumurta
300 q un
2 ç.q. qabartma tozu
5 x.q. şəkər tozu
vanil
1 çimdik duz

toppinq:
75 q kərə yağı
150 ml qaymaq, yaxud süd
3 x.q. qəhvəyi şəkər tozu (adi də olar)
60-70 q kokos yonqarı

Hazırlanması:
Almaları təmizləyib kubik doğrayın. Quru meyvələri doğrayın.
Almaları quru meyvələrlə qarışdırıb üzərinə qaynar su tökün. 15 dəqiqə saxlayın.

Unu qabartma tozu və duzla birlikdə ələyin. Yağı əridib soyudun.
Yumurtanı şəkər tozu ilə çalın. Vanil və yağ əlavə edin.

Unu və meyvələrin suyunu növbələyərək az-az əlavə edin. Ən sonda meyvələri və yerdə qalan suyunu əlavə edib qarışdırın.

Yağlanmış formaya töküb 190 dərəcə qızdırılmış sobaya qoyun.

45 dəqiqə sonra toppinqi hazırlayın: qaymağı qazana tökün, yağ qatıb tam əriyincə qızdırın. Şəkər tozu ilə kokos yonqarını əlavə edib qarışdırın. Azacıq qatılaşanda götürün.

Piroqu sobadan çıxarıb toppinqi üzərinə gəzdirin, daha 30 dəqiqə bişirin.

Toppinq karamel rəngi alanda piroq hazırdır.

Piroqun tam soyumasını gözləyib, sonra doğrayaraq süfrəyə verin. İsti yesəniz, bişmədiyini sanacaqsınız.

Piroqun adına gəldikdə isə - bu, kokos yonqarına görə belə adlandırılıb, qovrulmuş kokos yonqarı taxta kəpəyini xatırladır. Ona görə də bu desertin adı "Odunçu piroqu"dur.

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT

Odunçu piroqu resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: kokos, əlavə, şəkər, dəqiqə, yonqarı, Almaları, doğrayın, qarışdırın, sonra, toppinqi, Piroqun, tökün, yaxud, qaynar, suyunu, üzərinə, qabartma, meyvələri, bişirin, rəngi
BİZİ İZLƏYİN