• Şokoladlı karamelli tart resepti

Reseptin məlumatları Baxış sayı: 12 752

Tarix : 12-02-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Ovulan xəmir üçün:
300 qram un
150 qram kərə yağı
1 yumurta
Bir çimdik duz

Şokoladlı krem üçün:
200 qram 70%-li şokolad
125 qram qaymaq
60 qram kərə yağı
2 xörək q. şəkər
1 çimdik duz

Karamel üçün:
220 qram şəkər
60 qram su
125 qram qaymaq
60 qram kərə yağı
1 çimdik duz

Hazırlanması:
Pesoçnu xəmiri hazırlamaq üçün blendr qabında kərə yağı, un, duz, şəkəri qarışdırın.
Sonra yumurta və bir az su əlavə edin.
Bir kütlə alınana qədər blendrlə çalın və xəmirdən şar formasında kündə hazırlayın.
Təxminən 26 sm ölçülü tart qabına yağlı kağız qoyun və xəmiri əllə qaba elə yerləşdirin ki, divarları tamamilə xəmirlə tutulsun.
30 dəqiqə soyuducuda saxlayın.
Əvvəlcədən 200 dərəcə isidilmiş sobada 20 dəqiqə bişirin.
Şokoladlı krem hazırlamaq üçün 125 qram qaymağı odda qaynatmamaq şərti ilə isidin.
Üzərinə isti-isti 60 qram kərə yağı və xırdalanmış şokolad qatın və şokolad əriyənə qədər qarışdırın.
Karamelli krem hazırlamaq üçün şəkər su ilə odda əridin, qəhvəyi rəng alana qədər bişirin, üzərinə 60 qram kərə yağı və qaymağı qatın.
Qaynatmamaq şərti ilə yağ əridikdə odddan götürün.
Tart xəmirinə karamelli krem sonra şokoladlı kremi tökün.
2 saat soyuducuda saxlayın.

Nuş olsun!
Etiketlər: şəkər, qədər, şokolad, hazırlamaq, çimdik, qarışdırın, bişirin, qaymağı, soyuducuda, şərti, Şokoladlı, xəmiri, qatın, dəqiqə, saxlayın, qaymaq, yumurta, xırdalanmış, isidin, Üzərinə
BİZİ İZLƏYİN