• Kəsmikli-albalılı baraun resepti

Reseptin məlumatları Baxış sayı: 12 671

Tarix : 13-02-2017, 20:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
120 qram kərə yağı
100 qram tünd şokolad
150 qram şəkər
4 yumurta
150 qram un
300 qram yumşaq xama
1 çay q. qabartma tozu
1 çay q. vanil
1 çimdik duz
400 qram dondurulmuş albalı

Hazırlanması:
Şokoladı əllə xırda hissələrə bölün və yağ ilə su vannasında odda əridin.
2 yumurta 50 qram şəkərlə mikserlə çalın, duz və vanil əlavə edin.
Bu qarışıqları birləşdirin və qabartma tozunu ilə qarışdırılmış unu əlavə edin.
Mikserlə aşağı sürətlə çalın.
Xəmiriniz hazırdır.
Soba qabını (yanları hündür olmalıdır, təxminən diametri 15 sm) yağlayın.
Xəmirin 1/3 hissəsini qaba töküb hamarlayın.
Xamalı qarışığın yarısını xəmirin üstünə tökün və tumu təmizlənmiş albalının yarısını üstünə əlavə edin.
Bu prosesi təkrarlayın.
Üst qatda xəmir olmalıdır.
Əvvəlcədən isdilmiş 180 dərəcəli sobada 40-50 dəqiqə bişirin.
Hazır olub-olmadığını taxta çöp ilə yoxlayın.

Nuş olsun!
Etiketlər: əlavə, üstünə, yarısını, çalın, vanil, olmalıdır, yumurta, qabartma, tökün, təmizlənmiş, albalının, xəmirin, Xamalı, hissəsini, Xəmirin, töküb, hamarlayın, prosesi, qarışığın, təkrarlayın
BİZİ İZLƏYİN