• Zeytun yağlı, yaş şokolad piroqu resepti

Reseptin məlumatları Baxış sayı: 11 957

Tarix : 14-02-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 qram şokolad
160 qram zeytun yağı
200 qram şəkər
4 yumurta
120 qram un
120 qram qoz ləpəsi

Hazırlanması:
Sobanı 160 dərəcə qızdırın.
Şokoladı zeytun yağla birlikdə su vannasında əridin.
Başqa qabda yumurtanı şəkər ilə çalın və şokolada əlavə edin.
Unu doğranmış qoz ilə qarışdırın və yumurtalı şokolada əlavə edin.
Soba qabına yağlı kağız qoyun və xəmiri ora tökün.
25-30 dəqiqə bişirin.
Hazır olduqda soyuduqdan sonra soyuducuya qoyun.

Nuş olsun!
Etiketlər: qoyun, əlavə, şokolada, zeytun, şəkər, ləpəsi, xəmiri, kağız, yağlı, yumurtalı, qabına, tökün, dəqiqə, sonra, soyuducuya, soyuduqdan, olduqda, bişirin, Hazır, qarışdırın
BİZİ İZLƏYİN