• Portağal souslu tart keksi resepti

Reseptin məlumatları Baxış sayı: 12 749

Tarix : 15-02-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Keks üçün:
2 yumurta
1/2 su stəkanından biraz çox şəkər (3/4 su stəkanı)
1 çay stəkanı süd
1 çay stəkanı duru yağ
1, 5 su stəkanından biraz az un ( 1+1/4 su stəkanı)
1 paket qabartma tozu
1 portağal qabığı rəndəsi

Portağal Sousu üçün:
3 su stəkanı təzə sıxılmış portağal suyu
3 dolu yemək qaşığı nişasta
Toz şəkər

Üstü üçün:
şokolad çubuqları
Portağal dilimi istifadə edə bilərsiniz.

Hazırlanması:
Keks üçün:
Yumurta və şəkər qarışdırılır, əvvəlcə durular sonra qatı ərzaqlar əlavə edilib son dəfə qarışdırılır
Qarışım tart qabına tökülür əvvəlcədən isidilmiş 175 dərəcədə sobada 20 dəqiqəyə qədər bişirilir.
Bişəndə soyumağa qoyulur.
Portağal sousu:
3 su stəkanı təzə sıxılmış və süzülmüş portağal suyu bir qazana qoyulur, nişastanı əlavə edib qarışdırılır, damaq dadına görə şəkər əlavə edilir və qarışdırılaraq krem olana qədər bişirilir.
Soyuyanda üzərnə şokolad çubuqları qoyulub bəzədilir.
Servisə hazırdır.

Nuş olsun!
Etiketlər: stəkanı, şəkər, qarışdırılır, Portağal, portağal, əlavə, qədər, çubuqları, bişirilir, sıxılmış, qoyulur, şokolad, stəkanından, biraz, Servisə, sousu, süzülmüş, hazırdır, Bişəndə, sobada
BİZİ İZLƏYİN