• Çiyələkli - bananlı yaş piroq resepti

Reseptin məlumatları Baxış sayı: 11 479

Tarix : 16-02-2017, 16:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
300 qram qat-qat xəmir
100 qram şokolad
300 qram təbii yoqurt
2 ədəd banan
300 qram konservləşdirilmiş çiyələk
2 xörək q. çiyələk mürəbbəsi

Hazırlanması:
Sobanı 190 dərəcə qızdırın.
Soba qabına yağlı kağız qoyun.
Hazır qat-qat xəmiri 0,5 sm ölçüdə formaya yayın.
Çəngəl ilə bir neçə yerdən deşin və 20-25 dəqiqə qızılı-qəhvəyi rəng alana qədər bişirin.
Hazır olduqda sobadan götürün və 20-30 dəqiqə soyumağını gözləyin.
Şokoladı su vannasında əridin.
Sonra xəmirin üstünə tökün.
1 xörək qaşığı bəzək üçün saxlayın.
Şokoladın üstünə yoqurtu axıdın.
Halqa formasında doğranmış bananları hər tərəfinə düzün.
Üstündək çiyələk sokunu gəzdirin və yarı bölünmüş çiyələkləri bananların üstünə düzün.
Üzərinə bəzək üçün çiyələk çemi və ərinmiş şokolad tökün.
Yay mövsümündə konservləşdirilmiş çiyələyi təzə çiyələk ilə əvəz etmək olar.

Nuş olsun!
Etiketlər: çiyələk, üstünə, Hazır, dəqiqə, bəzək, tökün, xörək, düzün, şokolad, konservləşdirilmiş, saxlayın, Şokoladın, yoqurtu, axıdın, mövsümündə, qaşığı, Sonra, əridin, xəmirin, etmək
BİZİ İZLƏYİN