• Şokoladlı armudlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 13 380

Tarix : 27-08-2017, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
4 ədəd armud
200 qram un
150 qram şəkər
150 qram süd
80 qram kərə yağı
100 qram tünd şokolad
1,5 çay q. qabartma tozu
2 yumurta

Hazırlanması:
Armudları yuyun, nazik formada doğrayın.
Yumurta ağını sarıdan ayırın.
Ağını mikserlə çalın.
Bir qabda sarını şəkərlə qarışdırın.
Sonra kərə yağını çalın, üzərinə şəkərli yumurta sarısını, südü və qabartma ilə qarışdırılmış unu əlavə edin.
Sonda yumurta ağını da bu kütləyə qatın.
Alınmış xəmiri iki hissəyə bölün.
Birinə şokoladı sürtgəcdən keçirdib qatın.
Soba qabını yağlayın.
Əvvəlcə şokoladlı xəmiri, üzərinə armudların 2/3 hissısini, sonra o biri xəmiri və üzərinə qalan armudları yerləşdirin.
190 dərəcə qızdırılmış sobada 40 dəqiqə bilirin.
Hazır oldudqa soyuduqdan sonra üzərinə şəkər tozu səpin.

Nuş olsun!
Etiketlər: üzərinə, xəmiri, yumurta, sonra, qatın, ağını, çalın, qabartma, şəkər, yağlayın, qabını, Əvvəlcə, şokoladlı, keçirdib, sürtgəcdən, bölün, səpin, Birinə, şokoladı, armudların
BİZİ İZLƏYİN