• Maskarponlı şokoladlı piroq resepti

Reseptin məlumatları Baxış sayı: 11 584

Tarix : 19-02-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 qram 70%-li şokolad
200 qram kərə yağı
5 yumurta
140 qram un
500 qram maskarponi pendiri
1 çay q. vanil
1 çay q. qabartma tozu
200 qram qırmızı qarağat

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın.
Unu qabartma tozu ilə qarışdırın.
Xırda doğranmış kərə yağı və hissələrə bölünmüş şokoladı su vannasında əridin.
Qarışdırrın və soyumağa qoyun.
3 yumurta və 150 qram şəkəri mikserlə ağaranadək çalın.
Yağlı şokoladı, sonra da unu üzərinə əlavə edin və aşağı sürətlə mikserlə çalın.
Başqa qabda maskarponini qalan yumurta, şəkər və vanillə çalın.
Soba qabını yağlayın və un səpin.
Şokoladlı kütləni və maskarponili qarışığı 3 hissəyə bölün və növbə ilə qaba tökün.
Hər kütləni tökdükdən sonra qaşıq ilə hamarlayın.
1 saat sobada bişirin.
Diş çöpü ilə bişməyini yoxlayın.
Piroq hazır olduqdan sonra üzərinə şəkər tozu səpin və giləmeyvə ilə bəzəyin.

Nuş olsun!
Etiketlər: sonra, yumurta, çalın, mikserlə, səpin, üzərinə, şəkər, kütləni, şokoladı, qabartma, olduqdan, hazır, Şokoladlı, Piroq, giləmeyvə, yağlayın, qalan, bəzəyin, vanillə, qabını
BİZİ İZLƏYİN