• Bişmiş südlü piroq resepti

Reseptin məlumatları Baxış sayı: 21 398

Tarix : 20-02-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
80 qram kərə yağı
300 qram ovulan peçenye
3 yumurta sarısı
400 qram bişmiş süd
Yarım dənə limon

Hazırlanması:
Peçenyeni orta ölçülü hissələrə bölün.
Kərə yağını xırda hissələrə bölün və üzərinə əlavə edib qarışdırın.
Soba qabına yağlı kağız qoyun.
Alınmış kütləni qaba elə yerləşdirin ki, kənarları da tam tutulsun.
Əvvəlcədən isidilmiş 180 dərəcəli sobada 15 dəqiqə bişirin. Içi hazırlayın.
Yumurta sarısını çalın və bişmiş südü üzərinə əlavə edin.
Limonu sıxıb şirəsini çıxardın və südlə yumurta qarışığına əlavə edin.
Xəmiri sobadan götürün və hazırladığınız içi üzərinə tökün.
Yenidən 10 dədiqə sobada bişirin.
Hazır olduqda, meyvə, giləmeyvə və ya çalınmış qaymaq ilə bəzəyə bilərsiniz.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, bölün, sobada, hissələrə, yumurta, bişirin, bişmiş, südlə, sarısını, Xəmiri, sobadan, qarışığına, şirəsini, Limonu, sıxıb, götürün, çalın, çıxardın, dədiqə
BİZİ İZLƏYİN