• Kəsmikli, armudlu və giləmeyvəli piroq resepti

Reseptin məlumatları Baxış sayı: 15 060

Tarix : 29-08-2017, 18:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : metbexdenxeberler.com


Tərkibi:
Xəmir üçün:
300 qram un
30 qram şəkər
Yarım paket qabartma tozu
75 qram kərə yağı
Yarım limon qabığı
1 yumurta
1,5 xörək qaşığı soyuq su

İç üçün:
2 yumurta
250 qram kəsmik
100 qram qaymaq
50 qram şəkər
1 paket vanil
2 dənə armud
200 qram giləmeyvə

Hazırlanması:
Kərə yağını kub şəklində doğrayın.
Üzərinə un, qabartma tozu və şəkəri əlavə edib qarışdırın.
Sonra sürtgəcdən keşirilmiş limon qabığını, yumurtanı və suyu əlavə edib xəmir hazırlayın.
Əvvəlcədən yağlanmış soba qabına xəmiri elə yayın ki, xəmir onun kənarlarına da tutsun.
Sonra xəmiri bir neçə yerdən çəngəl ilə deşin.
Kəsmiyi şəkər vanilin və qaymaq ilə mikserlə çalın.
Yumurtanı əlavə edib yenə mikser ilə çalın.
Armudu halqa formasında doğrayıb piroqun üstünə düzün.
Üstünə kəsmikli qarışığı töküb giləmeyvəni səpin.
200 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.
Hazır olduqda soyuduqdan sonra qabdan çıxardın və üzərinə şəkər tozu səpin.
Süfrəyə dondurma ilə də təqdim olun abilər.

Nuş olsun!
Etiketlər: şəkər, əlavə, Sonra, Yarım, qaymaq, çalın, xəmiri, xəmir, paket, qabartma, limon, yumurta, səpin, Üstünə, kəsmikli, töküb, qarışığı, piroqun, Armudu, mikser
BİZİ İZLƏYİN