• Şokoladlı kapkeyk resepti

Reseptin məlumatları Baxış sayı: 12 517

Tarix : 25-02-2017, 14:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Kərə yağı 115 q (Əridilmiş və soyudulmuş)
Yumurta 1 Ədəd böyük
Qəhvəyi şəkər tozu 100 q
Şəkər kirşanı 100 q
Vanil 2 ç.q
Un 190 q
Qabartma tozu 1/2 ç.q
Südlü şokolad damcıları 200 q

Krem üçün:
Kərə yağı 100 q
Qara şokolad 70 q
Kakao 50 q
Şəkər kirşanı 150 q
Qəhvə 1 ç.q (Həll olunan)

Hazırlanması:
Sobanı 180 dərəcə qızdırın. Maffinləri hazırlayacağınız formaları yağlayın.

Əridilmiş yağı iri qaba tökün, yumurta, şəkər tozu, kakao və vanil əlavə edib qarışdırın. Un və qabartma tozunu qatıb yumşaq xəmir alınana kimi qarışdırın. Sonda şokolad damcılarını əlavə edin.

Kapkeyk formalarını 2/3 hissəsini xəmir ilə doldurun. 10 dəq ərzində sobada bişirin.

Hazır kapkeykləri 20 dəq formada saxlayın daha sonra çıxarın.

Krem üçün otaq temperaturunda olan yumşalmış kərə yağını mikserlə 5 dəqiqə çırpın. Yağa kakao və şəkər kirşanını 3 mərhələdə əlavə edin və hər dəfə məhlulu yaxşıca çırpın.

Şokoladı mikrodalğalı sobada və ya su hamamında əridin. Yağı tam çalandan sonra şokoladı və qəhvəni əlavə edin və sonuncu dəfə yaxşıca çalın. Krem hazırdır! Kremi xüsusi ucluqlu torabaya yığıb kapkeyklərin üzərini bəzəyin. Bəzək üçün şəkərli muncuqlardan da istifadə etmək olar.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, şokolad, qarışdırın, kakao, çırpın, xəmir, yaxşıca, Əridilmiş, sonra, kirşanı, sobada, Şəkər, məhlulu, mikrodalğalı, hamamında, Şokoladı, mikserlə, temperaturunda, çıxarın
BİZİ İZLƏYİN