• Qat-qat xəmirdən armudlu piroq resepti

Reseptin məlumatları Baxış sayı: 12 578

Tarix : 4-03-2017, 17:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
500 qram mayasız qat-qat xəmir
8 ədəd armud
500 ml şəkərli sirop
50 qram qoz
30 qram fındıq
1 ədəd yumurta
1 çubuq darçın
1 paket vanil
1 xörək qaşığı günəbaxan yağı
1 xörək qaşığı manna yarması

Hazırlanması:
Armudun qabığını soyun, amma saplağını meyvədən ayırmayın.

Şəkərli siropu qaynadaraq, vanili və darçını əlavə edin.

Armudu siropa əlavə edib, 2 dəqiqə qaynadın. Daha sonra meyvəni siropdan çıxararaq, soyudun.

Təmizlənmiş qozu və fındığı xırda doğrayın. Armudların tam ortadan lətini çıxarın. Sonra armudları dolma kimi qoz-fındıqla doldurun.

Qat-qat xəmiri açın, 8 kündə və 8 nazik zolaq döğrayın. Kündələri yastılayın. Hər bir armudu bir yastılanmış kündənin üzərinə qoyun və xəmir zolağını şəkildəki kimi armuda dolayın. Xəmirə yumurta sürün.

Bişirmə listini pergament kağızı ilə örtərək, üzərinə yağ sürtün və manna yarmasını əlavə edin. Armudları vertikal şəkildə listin üzərinə düzün. Əvvəlcədən 100 dərəcə qızdırılmış sobada 30-35 dəqiqə bişirin. Xəmir qızılı rəng aldıqda armudlar hazır olacaq. Süfrəyə şəkər tozu əlavə edərək gətirin.

Nuş olsun!
Etiketlər: əlavə, üzərinə, qaşığı, dəqiqə, xəmir, xörək, manna, yumurta, Bişirmə, sürün, Xəmirə, dolayın, listini, pergament, zolaq, döğrayın, kağızı, armuda, şəkildəki, kündənin
BİZİ İZLƏYİN