• Limonlu cheesecake resepti

Reseptin məlumatları Baxış sayı: 16 920

Tarix : 16-03-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
1 Paket vələmirli peçenyə
50 qr kərə yağı
400 qr krem pendiri
1 su stəkanı qatıq
2 ədəd yumurta
2 yemek kaşığı un
1 ədəd limon qabığı rəndəsi
4/5 su stəkanı toz şəkər
50 qr kərə yağı
1 çay stəkanı şəkər tozu
1 ədəd yumurta
1 çay qaşığı limon qabığı rəndəsi
2 yemək qaşığı limon suyu

Hazırlanması:
Peçenyələri rondoda çəkib un halına gətirək. Kərə yağını ocaqda əridib peçenyələrlə qarışdıraq. Qəlibin içini alüminium folqa ilə örtərək peçenyə qırıntılarını əlimizlə basdıraraq qəlibin döşəməsinə döşəyin. Soyuducuda 30 dəqiqə qədər gözlədin.
Bu sırada pendiri və qatığı dərin bir qaba alaq. Şəkəri əlavə edib mikserlə çırpın. Çox çox çırpmayın, əks təqdirdə kekimiz bişərkən çatlaya bilər. Tək-tək yumurtaları əlavə edin. Yavaşca çırpın. Limon qabığı rəndəsini və unuda əlavə etdikdən sonra soyuducudan çıxardığımız qəlibə, peçenyə kərə yağı qarışığını üzərinə tökək.
Sobanı əvvəldən 250 dərəcədə isidək. Keksi sobaya qoyub 10 dəqiqə bu istilikdə bişirək. Sonra sobanın istiliyini 150 dərəcəyə gətirək. Bu şəkildə təxminən 40 dəqiqə daha bişirək. Sobanın elektrikdən ataq, qapağını azca aralayalım və bu şəkildə təxminən 2 saat qədər soyuması üçün sobanın içində gözlədək. Soyuyan cheesecake-i soyuducuya alaq, minimum 5-6 saat qədər soyudaq.
Sos üçün : eritdiyimiz kərə yağı ilə yumurtanı mikser köməyiylə yaxşıca çırpaq. Limon qabığı rəndəsi və şəkəri əlavə etdikdən sonra istiliyə davamlı bir qaba alıb davamlı qarışdıraraq benmari üsulu (Ocaqdaki qaynar suyun üzərində) bişirək. Sos tündəüəndə ocaqdan alıb soyudun.
Soyuyan sousu soyuducudan çıxardığımız cheesecake in üzərinə tökək. Nanə yarpaqları bəzəyərək dilimleyib servis edək.

Nuş olsun!
Etiketlər: əlavə, qabığı, dəqiqə, peçenyə, bişirək, qədər, limon, rəndəsi, stəkanı, Limon, sonra, çırpın, cheesecake, davamlı, soyuducudan, üzərinə, təxminən, şəkildə, Soyuyan, tökək
BİZİ İZLƏYİN