• Çiyələkli kek resepti

Reseptin məlumatları Baxış sayı: 15 416

Tarix : 16-03-2017, 22:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Chef Mübariz


Tərkibi:
100 Qram marqarin (otaq istiliyində)
1 Su stəkanından bir barmaq əskik pudra şəkəri
2 Ədət yumuta
1 Paket qabartma tozu
1 Paket vanil
10-15 Ədət çiyələk
1,5 Su stəkanı un

Üzəri üçün:
Pudra şəkəri

Hazırlanması:
Otaq istiliyində marqarin və pudra şəkərini mikser ilə yaxşıca qarışdrın . Üzərinə yumurta əlavə edib təkrar mikserlə qarışdrın. Son olaraq qabartma tozu, vanil və un əlavə edib çırpın. Keks qəlibinə yağlı kağız sərərək hazırladığınız keks xəmirini tökün . Çiyələkləri yuyub ikiyə kəsin. Keksin üzərinə çiyələk dilimlərini düzülüb yüngülcə basdırıb içinə girməsini təmin edin. Əvvəlcədən 180 dərəcədə isidilmiş sobada bişirməyə buraxın. Keks qabarmağa başlayınca sobanın dərəcəsini 160 a salıb üzəri qızarana qədər bişirin. Çiyələkli keks bişdikdən sonra soyuyana qədər qəliblə otaq istiliyində gözlədin. Soyuduqdan sonra qəlibdən çıxarıb servis qabına alın. Üzərinə pudra şəkəri səpin. Çiyələkli keksinizi dilimleyerek servis edin.

Nuş olsun!
Etiketlər: şəkəri, pudra, istiliyində, Üzərinə, qarışdrın, servis, sonra, marqarin, Çiyələkli, çiyələk, qədər, əlavə, qabartma, Paket, vanil, buraxın, qabarmağa, başlayınca, dərəcəsini, sobanın
BİZİ İZLƏYİN