• Portağallı keks resepti

Reseptin məlumatları Baxış sayı: 31 168

Tarix : 16-08-2014, 01:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 4-6


Tərkibi:
1 st. un
1 st. şəkər tozu
2 yumurta
1 st. portağal şirəsi
1 portağalın sedrası
vanilli şəkər
1 ç.q. qabartma tozu
kərə yağı

Hazırlanması:
Yumurtaların ağını sarısından ayırın.

Un və qabartma tozunu birlikdə ələyin.

Yumurta sarılarını şəkər tozu və vanillə çalın, una əlavə edin. Portağal sedrasını da bura qatın (sadəcə, portağalın qabığını sürtgəcdən unun üzərinə keçirə bilərsiniz, portağal qabığının ağ hissəsi lazım deyil, o, acılıq verir).

Xəmirə tədricən yarım stəkan şirə əlavə edin, qarışdırın.

Yumurta ağlarını möhkəm çalın, səliqə ilə xəmirə əlavə edin. Xəmir çox qatı deyil, təxminən şarlotkanın xəmiri kimi olmalıdır.

Formanı kərə yağı ilə yağlayın, xəmiri içinə tökün.

180-200 dərəcə qızdırılmış sobada 30-40 dəqiqə bişirin.

Hazır olduqdan sonra, hələ qaynar-qaynar, üzərində kəsiklər edib şirənin qalanını da keksin üzərinə tökün.

"Ağlayan" keksləri xoşlayırsınızsa, o zaman sedrasını çıxardığınız portağalı da sıxın, şirəsini keksə hopdurun.

Nuş olsun!
Etiketlər: əlavə, şəkər, Yumurta, deyil, çalın, sedrasını, qaynar, üzərinə, tökün, portağalın, portağal, qabartma, xəmiri, şarlotkanın, bişirin, Hazır, təxminən, olduqdan, sobada, içinə
BİZİ İZLƏYİN