• Kakoslu keks resepti

Reseptin məlumatları Baxış sayı: 12 191

Tarix : 4-04-2017, 16:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
½ stəkan duzsuz kərə yağı
1 stəkan qara şəkər tozu
½ stəkan ağ şəkər tozu
2 yumurta
1 paket vanil
3 stəkan un
1 paket soda
1 çay qaşığı duz
½ stəkan ayran
½ stəkan ilıq su
3 stəkan rəndələnmiş hind qozu
3 stəkan krem şanti

Hazırlanması:
Sobanı əvvəlcədən 350 dərəcədə isidin.

Qara şəkər, ağ şəkər tozu və kərə yağını açıq, yumşaq bir krem olana qədər 5 dəqiqə qarışdırın. Yumurtaları əlavə edib qarışdırın. Vanili də qataraq qarışımı qarışdırın.

Orta boy başqa bir qabda un, kakao tozu, soda və duzu yaxşıca çırpın. Unlu qarışımın yarısını digər qarışıma əlavə edərək yavaşca qarışdırın. Sıra ilə ayran və suyu da əlavə edin. Daha sonra yerdə qalan unlu qarışımı da tökərək qarışdırmağa davam edin.

Sonra xəmiri 16 yumru keks kimi ayırıb soba qabına düzün. Keksləri qoyarkən aralarında iki barmaq qədər boşluq qoyun ki, bişərkən yayılanda bir-birinə yapışmasın. 15 dəqiqə bişirin.

Kakosu soba qabına yayın. Krem şantini kekslərin üzərinə tökün və sonra digər keksi üstünə qoyaraq iki keksi birləşdirin. Hamısını etdikdən sonra keksləri hind qozunun üstündə yuvarlayın.

Süfrəyə vermədən əvvəl soyuducuda saxlayın. Soyuducuda qapalı qablarda 1 həftə saxlaya bilərsiniz.

Nuş olsun!
Etiketlər: stəkan, şəkər, qarışdırın, əlavə, sonra, dəqiqə, qabına, qədər, keksi, digər, qarışımı, paket, ayran, Kakosu, bişirin, yapışmasın, yayın, həftə, kekslərin, şantini
BİZİ İZLƏYİN