• Xamalı limonlu keks resepti

Reseptin məlumatları Baxış sayı: 10 585

Tarix : 9-04-2017, 22:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : Xatirə


Tərkibi:
100 q kərə yağı
200 q xama
3 ədəd yumurta
1 st şəkər tozu
1 paket qabartma tozu
1 ədəd limon qabığı
3 st un

Şirəsi üçün:
1/2 st şəkər tozu
1 ədəd limonun suyu

Hazırlanması:
Yumşaq kərə yağını, şəkər tozunu və yuyulub sürtgəcdən keçirilmiş limon qabığını mikserlə çalırıq. Yumurtanı əlavə edib çalırıq. Xamanı əlavə edib tam qarışanadək çalırıq. Qabartma tozunu və unu əlavə edib əvvəl aşağı sürətlə mikserlə çalırıq sonra isə qaşıqla yaxşı qarışdırırıq. Qabı kərə yağı ilə yağlayırıq. Xəmiri qaba tökürük. 180 dərəcə qızdırılmış sobada 45 dəqiqəyə bişiririk. Keks bişənədək şirəsini hazırlayırıq. Limonun suyunu bir qaba sıxıb üstünə şəkər tozunu tökürük. Qazanı ocağa qoyub dayanmadan qarışdırırıq. Şəkər tozu əriyən kimi tez götürürük. Keks sobadan çıxan kimi üstünə soyuq şirəni tökürük. Tamam soyuduqdan sonra qabdan çıxarırıq.

Zövqə görə istəsəniz üstünə şəkər kirşanı səpə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, çalırıq, əlavə, üstünə, tozunu, tökürük, limon, mikserlə, qarışdırırıq, sonra, Şəkər, dayanmadan, ocağa, qoyub, Qazanı, hazırlayırıq, şirəsini, Limonun, suyunu, paket
BİZİ İZLƏYİN