• Almalı tart resepti

Reseptin məlumatları Baxış sayı: 7 362

Tarix : 19-04-2017, 16:00

Bölmə : Piroq və Kekslər / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
2 yumurta
125 qr kərəyağı
1/2 çay st. duru yağ
1/2 çay st. süd
1 su st. şəkər
1 paket qabartma tozu, vanil
Un

Almalı iç üçün:
5 alma
1/2 su stəkan Şəkər
2 çay qaşığı darçın

Üzəri için:
Pudra şekeri

Hazırlanması:
Birinci almalı içi hazırlayaq. Deməli almaları soyub sürtgəçdən keçirək, üzərinə şəkəri əlavə edib aşağı alovda qaz üzərində suyu çəkilənə qədər bişirək.Qabımızı kənara qoyaq üzərinə darçın əlavə edib qarışdıraq.
Keçək xəmirə, bütün xəmir iqrediyentlərin bir qabda yoğuraq.Çox yumşaq ələ yapışmayan xəmir olacaq. Tart qabımıza xəmirin ikidə birindən biraz artıq hissəni ayırıb qaba səliqəli şəkildə yayaq daha sonra almalı içimizi əlavə edək.Xəmirin qalan hissəsin açıb uzun (çox nazık eləmiyin) ip şəklində hissələrə ayıraq tarımızın üzərinə şəkildəki kimi düzək. 180 dərəcədə üzəri çəhrayı rəng olana qədər bişirək (çalışın çox qızartmayın).Tamamdır tartımız hazırdır soyuduqdan sonra üzərinə çay süzgəci köməyilə pudra şəkəri səpib nuş edə bilərsiz.

Nuş olsun!
Etiketlər: üzərinə, əlavə, almalı, qədər, bişirək, xəmir, sonra, darçın, şəkəri, içimizi, pudra, yayaq, Xəmirin, qalan, süzgəci, köməyilə, hissəsin, şəkildə, səpib, biraz
BİZİ İZLƏYİN