• Surpriz nutellalı pankeks resepti

Reseptin məlumatları Baxış sayı: 3 645

Tarix : 21-06-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : ZulyaKitchen


Tərkibi:
•​2 yumurta
•​4 yemek q. şəkər
•​1 su st. süd
•​1,5 su st + 1 qaşıq un
•​1 paket qabartma tozu
•​1 paket vanil

Bişirmə müddətində:
•​duru yağ

Servis edərkən yanında:
•​arzu etsəniz kivi, banan, çiyələk və s

Hazırlanması:
İlk öncə deməli bişirmə kağızı üzərinə sıra ilə bir qaşıq nutella qoyun (nutella otaq temperaturunda olsun rahat yayılsın ) və yumru formada yayın kağız üzərinə.(çox qalın olmasın və radiusu böyük olmasın) Əvvəlki postdan baxa bilərsiz formaya. Deməli daha sonra qabı dondurucuya yerləşdirək ki nutellalar donsun.
Keçək pankekin hazırlanmasın.
Yumurta+ şəkər yaxşıca çalınır.Daha sonra Süd+un+qabartma tozu+ vanil əlavə olunaraq keks xəmirindən biraz qatı xəmir əldə edirik. Yapışmayan tavanı yağlayırıq və 1 qaşıq əlavə edirik. Xəmir tavada özü biraz yayılacaq. Azca bişən kimi yəni xəmir formasın alanda dondurucudan çıxardığımız nutellanı xəmirin mərkəzunə qoyaq üzərinə yenə yarım qaşıq keks xəmiri tökək (şokoladı örtsün) Bundan sonra pankeki çevirək yəni bişən tərəf üzdə olsun. Pankekin Hər iki tərəfini diqqətli şəkildə qızardırıq.

Nuş olsun!
Etiketlər: qaşıq, üzərinə, sonra, olsun, xəmir, edirik, şəkər, nutella, olmasın, biraz, bişən, vanil, qabartma, əlavə, paket, yayılacaq, alanda, formasın, yaxşıca, Yapışmayan
BİZİ İZLƏYİN