Tərkibi:150 qr kərə yağı,
150 qr un,
5 x.q. xama,
1 ədəd qabartma tozu,
1 ç.q. sirkə
İçlik üçün:500 qr xama,
1 ədəd yumurta,
1 st şəkər tozu,
2 x.q. nişasta
Üzəri üçün:2-3 ədəd alma,
1 x.q. darçın
Hazırlanması:Xəmiri hazırlamaq üçün əvvəlcə un və yağı qarışdıraraq umac ovuruq. Daha sonra üzərinə sikə, qabartma tozu və xama əlavə edib, qarışdırırıq. 180 dərəcədə 5-10 dəqiqə bişiririk. Tam bişmədən sobadan çıxarıb, üzərinə darçın səpirik. Üzərinə içlik üçün qeyd olunmuş bütün ərzaqları birlikdə qarışdırıb əlavə edirik. Almaları halqa formasında doğrayıb, ən üst qata düzürük. Yenidən 180 dərəcə istilikli sobada bişiririk.
Beləliklə, xoş ətrli almalı darçınlı piroqumuz süfrəyə verilməyə hazırdır.
Nuş olsun!
Etiketlər: darçın, bişiririk, əlavə, qabartma, üzərinə, halqa, formasında, doğrayıb, Almaları, ərzaqları, bütün, birlikdə, qarışdırıb, edirik, düzürük, dərəcə, piroqumuz, darçınlı, süfrəyə, verilməyə