• Şokoladlı sufle resepti

Reseptin məlumatları Baxış sayı: 10 717

Tarix : 9-01-2018, 18:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
- 1 paket şokolad,
- 3 yemək qaşığı un,
- 3 yumurta,
- 2 yemək qaşığı kərə yağı,
- 1 stəkan şəkər tozu,
- 1,5 yemək qaşığı kakao,
- 1 çimdik duz.

Hazırlanması:
Yumurtaların sarılarını və ağlarını ayırdıqdan sonra sarıları şəkər tozu, ağları isə köpük halına gələnədək duzla çırpın. Bir qabda şokoladınızı və kərə yağını əridin. Əriyən şokolada yumurta sarılarını və şəkəri qarışdırıb, daha sonra köpük halındakı yumurta ağını da əlavə edin. Son olaraq un və kakaonu əlavə edərək, bütün ərzaqları birlikdə qarışdırın. Sufle qablarına yerləşdirib 180 dərəcəyədək qızdırdığınız sobada 10 dəqiqə bişirin. Sobaya içi su ilə dolu bir qab yerləşdirsəniz sufleniz yumşaq olacaq.

Nuş olsun!
Etiketlər: qaşığı, yemək, yumurta, köpük, sarılarını, şəkər, sonra, əlavə, qarışdırın, qablarına, birlikdə, Sufle, edərək, olaraq, kakaonu, yerləşdirib, bütün, ərzaqları, sobada, yerləşdirsəniz
BİZİ İZLƏYİN