• Dadlı, ləzzətli kakaolu rulet resepti

Reseptin məlumatları Baxış sayı: 10 806

Tarix : 24-08-2017, 12:00

Bölmə : Şirniyyatlar / Piroq və Kekslər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xəmir üçün:
4 ədəd yumurta,
1 st. şəkər tozu,
0.5 st. süd,
3 x.q. duru yağ,
2 x.q. kakao,
1 st. un,
1 paket vanil,
1 paket qabartma tozu

Krem üçün:
200 qr labne pendiri,
100 qr qaymaq,
0.5 st. şəkər tozu,
1 paket krem şanti

Hazırlanması:
Əvvəlcə yumurta və şəkər tozu ağarana kimi mikserlə çalırıq. Üzərinə süd və duru yağ əlavə edib, mikserin aşağı sürətilə çalmağa davam edirik. Son olaraq un, kakao, vanil və qabartma tozu töküb, taxta qaşıqla bir istiqamətdə qarışdırırıq ki, xəmir sönməsin. Hazırladığımız xəmiri soba qabına töküb, 180 dərəcə istilikli sobada bişiririk. *Qeyd. Sobada çox saxlamayın, qurumasın.

Bu müddət ərzində kremi hazırlaya bilərsiniz. Krem üçün qaymaq, şəkər tozu və labne pendirini mikserlə çalırıq. Üzərinə krem şanti töküb, 2-3 dəqiqə daha qarışdırdıqdan sonra kremimiz hazırdır.

Ruleti sobadan çıxardıb, isti-isti bükürük. Bir müddət sonra ruleti açıb, üzərinə krem çəkirik və yenidən bükürük. Üzərini kakaos və kremlə bəzəyə bilərsiniz. 1-2 saat saxladıqdan sonra süfrəyə verə bilərsiniz.

Nuş olsun!
Etiketlər: şəkər, töküb, bilərsiniz, paket, sonra, mikserlə, çalırıq, Üzərinə, bükürük, şanti, qaymaq, kakao, yumurta, vanil, qabartma, labne, müddət, qarışdırdıqdan, kremimiz, hazırdır
BİZİ İZLƏYİN