• Pastila resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 18 806

Tarix : 12-09-2014, 10:00

Bölmə : Meyvəli şirniyyatlar / Foto reseptlər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
250 q şəkər tozu
250 q alma püresi (3-4 almadan)
10 yumurta ağı (3 ç.q.)
1 paket vanilli şəkər

Sirop:
160 q şəkər tozu
60 q su
3 q aqar (1 dolu ç.q.)

Üzərinə səpmək üçün şəkər pudrası

Hazırlanması:
Aqarı şərbət bişirəcəyiniz qazanda 60 q suda isladın.

Almaları bişirin, lətini çıxarın, ələkdən, yaxud blenderdən keçirin, lopasız pure alınmalıdır.

Bu pürenin 250 q-nı şəkər tozu və vanilli şəkərlə qarışdırın. Tam soyuyanacan gözləyin. Şəkər tozu əlavə edəndə püre sulanacaq, sonra isə jele kimi olacaq.

Aqarı əriyənədək qızdırın, gel alınacaq. Ona şəkər tozu əlavə edin. O, sizə çox görünəcək, amma qarışdıranda maye kimi olacaq.

Orta odda, daim qarışdıraraq qaynara düşəndə bir dəqiqə qaynadın (yaxud, əgər dərəcəli plitədə işləyirsinizə, 107 dərəcə Selsiyədək qızdırın). Ocaqdan götürün. Bir qədər soyudun. Şəkər tozunun 1/3-ni patoka, yaxud qlükoza siropu ilə əvəzləyə bilərsiniz.

Sirop soyuyana qədər alma püresinə yumurta ağını əlavə edib otaq temperaturunda, mikserin maksimal sürətində ağarıb həcmi artınca çalın. Ağ, qatı kütlə alınmalıdır.

Azca soyumuş, amma hələ də qaynar (80-90 dərəcə) siropu nazik axınla əlavə edin, bu zaman mikserin aşağı sürətinndə çalmaqda davam edin.

Aqarlı məhsullar 40 dərəcə Selsidə bərkiyirlər. Odur ki, qarışığı dərhal perqament döşənmiş formaya tökün. Onun optimal hündürlüyü 2 sm olmalıdır.

Otaq temperaturunda 5-6 saat soyudun. Sonra üzərinə şəkər pudrası səpin. Lövhənin üstünə çevirin. Yenə şəkər pudrası səpin. Kətəkəsənlə eni 2, uzunu 8 sm olan hissələrə bölün. Bolluca şəkər pudrasına batırın. Dəmir şəbəkənin üstündə 6-8 saat soyudun. Çox qurumasın deyə, sonra paketin içində saxlayın.

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT

Pastila resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: şəkər, əlavə, soyudun, pudrası, dərəcə, yaxud, səpin, siropu, alınmalıdır, qədər, Şəkər, olacaq, sonra, Sirop, qızdırın, vanilli, temperaturunda, mikserin, yumurta, Aqarı
BİZİ İZLƏYİN