• Almalı şirniyyat resepti

Reseptin məlumatları Baxış sayı: 4 023

Tarix : 19-08-2018, 12:00

Bölmə : Meyvəli şirniyyatlar / Xəmir işləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox

Şef / Mənbə : bahasun


Tərkibi:15 qat qat xəmir ( dördkünc milfoy)
1 kilo alma
300 qr. kişmiş
1/2 st. şəkər tozu
1 ç.q. darçın

Üstü üçün:
2 yumurta sarısı
Şəkər tozu

Hazırlanması:
1. Soba 225 dərəcədə isidilir.
2. Almalar soyulur və xırda doğranılır. Üstünə şəkər tozu, darçın, kişmiş əlavə olunur və qarışdırılır.15 dəqiqə saxlanılır ki, surəsi çıxsın. Şirəsi süzülür, bizə lazım olmayacaq.
3. Hər dördkünc xəmirin bir yarısına içlik qoyulur və obiri tərəfi ilə bağlanılır. Ücları bərkidilir.
4. Üstünə yumurta sarısı sürtülür və şəkər tozu səpilir.
5. Sobada 15 dəqiqə üstü qızarana kimi bişirilir.

Nuş olsun!

mənbə: Günel Bahasun (instagram)
Etiketlər: şəkər, darçın, yumurta, sarısı, Üstünə, dəqiqə, kişmiş, dördkünc, içlik, qoyulur, obiri, yarısına, olmayacaq, lazım, tərəfi, xəmirin, Ücları, qızarana, bişirilir, olsun
BİZİ İZLƏYİN