• Xurma ilə kolbasa resepti

Reseptin məlumatları Baxış sayı: 3 013

Tarix : 29-11-2019, 12:00

Bölmə : Şirniyyatlar / Meyvəli şirniyyatlar

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
Xurma (çəyirdəksiz) 250 q
Ərik qurusu 250 q
Küncüt 100 q
Günəbaxan tumu 50 q
Keşyu 150 q
1 portağalın qabığı
Bir çimdik darçın
Bir çimdik hil

Hazırlanması:
Xurma və ərik qurusunu ət çəkən maşınından keçirdin. Keşyu, tum və küncütün yarısını sobada qızardın, rəngi qızılı olana qədər. İsti-isti xurmalı qarışığına əlavə edin, portağalın qabığını sürtkəcdən keçirdib, darçın və hili əlavə edin, qarışdırın. Alınan qarışıqdan iki ədəd kolbasa düzəldin, qalan küncütü üzərinə səpin. Plyonkaya bükün və soyuducuda 2-3 saat saxlayın.

Nuş olsun!
Etiketlər: çimdik, darçın, Keşyu, portağalın, əlavə, Xurma, qarışdırın, qarışıqdan, Alınan, qabığını, kolbasa, keçirdib, sürtkəcdən, küncütü, bükün, soyuducuda, saxlayın, Plyonkaya, səpin, qalan
BİZİ İZLƏYİN