Tərkibi:
Jele üçün:300 q qırmızı qarağat (və ya istəyə görə digər giləmeyvə)
150 q şəkər tozu
20 q jelatin
Sufle üçün:400 ml 33-35%-li qaymaq
150 q şəkər tozu
1-2 q jelatin
Üzəri üçün:100 q şokolad
Hazırlanması:Jele hazırlamaq üçün:jelatini 150 ml soyuq qaynadılmış suda isladın (qablaşdırmada göstərilən müddətdə). Giləmeyvəni yuyub blenderə yığın. Xırdalayın. Əgər blender yoxdursa, giləmeyvəni döyüb, ələkdən keçirə bilərsiniz. 500 ml su, şəkər tozu əlavə edib şəkər tozu əriyənəcən ocağın üstündə saxlayın. Sonra jelatini əlavə edin, qaynara düşən kimi götürün (qaynatmaq olmaz).
Qablara yarısından olmaq şərtilə doldurun. Soyuducuda 6-8 saat, tam bərkiyənədək saxlayın.
Sufle hazırlamaq üçün: 100 ml soyuq qaynadılmış suda jelatini isladıb qablaşdırmasında göstərilən müddət qədər saxlayın. Sonra ocağın üstünə qoyun, qaynara düşən kimi götürün (qaynatmaq olmaz).
Qaymağı şəkər tozu ilə köpüklənib həcmi artanadək çalın. İsti jelatini əlavə edib qarışdırın.
Sufleni donmuş jelenin üstünə tökün.
Şokoladı sürtgəcin xırda gözündən keçirin. Suflenin üstündən səpin.
3-4 saat soyuducuda saxlayın.
Nuş olsun!
Etiketlər: qarağatlı, şəkər, saxlayın, jelatini, əlavə, ocağın, göstərilən, soyuq, qaynadılmış, qaynara, olmaz, qaynatmaq, götürün, düşən, üstünə, Sonra, Sufle, hazırlamaq, jelatin, qoyun, Qaymağı